ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb - (VİDEO)

ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb - (VİDEO)
  21 Avqust 2017    Oxunub:1857
ABŞ donanmasına məxsus “USS John S McCain” adlı hərbi gəmi Sinqapura doğru hərəkət edərkən Malakka Boğazında Liberiyanı “Alnic MC” neft tankeri ilə toqquşub.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, hadisə nəticəsində 10 əsgər itkin düşüb, 5 nəfər yaralanıb.

Hazırda itən şəxslərin axtarışı davam etdirilir. Xilas etmə işlərinə Sinqapur Donanması da qoşulub. Gəmidə 140-dək ekipaj üzvünün olduğu deyilir.

Qeyd edək ki, Malakka Boğazı dünyada dəniz nəqliyyatının ən sıx olduğu ərazilərdən biridir.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Tanker   Qəza  





Xəbər lenti