"Sınıq Körpü"də siqaret əməliyyatı

"Sınıq Körpü"də siqaret əməliyyatı
  19 Avqust 2017    Oxunub:2091
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret   Əməliyyat  





Xəbər lenti