Jurnalistlər üçün təlim keçirilib

Jurnalistlər üçün təlim keçirilib
  19 Avqust 2017    Oxunub:1159
Bakıda Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT ) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib.
Təlimdə AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev layihənin məqsədləri barədə məlumat verib.

Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə danışan Ə.Nuriyev AHT Platformasının açıq hökumət tərəfdaşlığı ilə bağlı təkliflər hazırladığını və hökumətə təqdim edəcəyini bildirib.

Daha sonra çıxış edən Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötüdüyünü deyib.

O qeyd edib ki, bu müddət ərzində Azərbaycanla Niderland arasında diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub:"Azərbaycan çox gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir".

Təlimdə layihənin koordinatoru Sabit Bağırov "Açıq hökumət tərəfdaşlığı və yaxşı idarəetmə" mövzusunda çıxış edib. O, layihə çərçivəsində görülən işlərdən danışıb: "Bizim məqsədimiz açıq hökumət tərəfdaşlığı fəlsəfəsini mümkün qədər geniş yaymaqdır".

AzVision.az


Teqlər: Təlim  





Xəbər lenti