Barselonada dəhşətli terror - 13 ölü + VİDEO (YENİLƏNİB)

Barselonada dəhşətli terror - 13 ölü + VİDEO (YENİLƏNİB)
  18 Avqust 2017    Oxunub:10874
Barselonada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,terror zamanı 13 nəfər həyatını itirib, 80 nəfər yaralanıb.

Ölü sayının artacağı istisna edilmir.



***
(20:25)

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Las Ramblas turizm bölgəsində baş verib.

Hadisə nəticəsində azı 2 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı, bildirilir. Məlumata görə, sürücü hadisə yerindən qaçıb.

İspaniya polisi olayı terror aktı kimi qiymətləndirib. Sakinlərə terror aktı törədilən ərazidən uzaq durmaq tapşırılıb. Barselonada metro stansiyaları və yaxınlıqdakı yollar bağlanıb.



AzVision.az


Teqlər: Barselona   Terror  





Xəbər lenti