Göygöl sakini arvadını və qayınanasını öldürüb - Yenilənib
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. (APA)
***
(18:45)
Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.
AzVision.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
Onlardan birinin başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az