Sudan prezidenti İlham Əliyevi təbrik edib

Sudan prezidenti İlham Əliyevi təbrik edib
  17 Avqust 2017    Oxunub:1082
Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə məktub göndərib.
AzVision.az-ın məlumatına görə, onun məktubunda deyilir:

“Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək. Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sudan  





Xəbər lenti