Əlillərə ortopedik xidmət göstərilib
Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilənlərin sayı isə 5714 nəfər təşkil edib. Həmin insanların ehtiyaclarına uyğun olaraq, dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ümumilikdə 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. O cümlədən onlara 411 ədəd əlil arabası, 683 ədəd aşağı və yuxarı ətraf protezi, 1056 ədəd aşağı və yuxarı ətraf ortezi, 5 236 ədəd müxtəlif reabilitasiya vasitəsi, 4186 cüt protez və ortopedik ayaqqabı, 243 ədəd eşitmə aparatı və s. verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 bərpa-müalicə müəssisəsi əlilliyi olan şəxslərin xidmətindədir. Həmin müəssisələrdə reabilitasiya şəraitinin yüksək standartlara uyğun qurulması istiqamətində də mühüm addımlar atılır. Əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi, 2016-cı ilin dekabr ayında isə Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Hər iki mərkəzdə səmərəli fizioterapevtik müalicə prosedurlarının tətbiqi üçün ən müasir tələblərə uyğun bərpa-müalicə şəraiti yaradılıb.
Nazirliyin digər bir sıra bərpa mərkəzlərində də bu istiqamətdə işlər aparılır.
AzVision.az