Sumqayıtda 2 otaqlı ev yanıb

Sumqayıtda 2 otaqlı ev yanıb
  16 Avqust 2017    Oxunub:1196
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan təmiri başa çatmamış 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin eyvanında 10 kvadratmetr sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi qismən əriyib. Mənzil yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Sumqayıt   Yanğın  





Xəbər lenti