Oğul məhkum atasına narkotik ötürmək istədi

Oğul məhkum atasına narkotik ötürmək istədi
  15 Avqust 2017    Oxunub:1300
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan kokain aşkar edilərək götürülüb.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

AzVision.az


Teqlər: Həbsxana   Narkotik   Penitensiar-Xidmət  





Xəbər lenti