"Azərbaycanda bizim bir simamız var, o da ..." — MÜSAHİBƏ

"Azərbaycanda bizim bir simamız var, o da ..." — MÜSAHİBƏ
  15 Avqust 2017    Oxunub:2392
Azərbaycanda son illər enerji içkilərinə olan təlabat demək olar ki, qida məhsullarına olan təlabatla eyni səviyyəyə çatıb. Enerji içkiləri bazarında böyük üstünlük əldə edən "Hell"in marketinq direktoru Müşviq İsgəndərov ölkəmizdə bu içkilərə olan təlabatın səbəbindən danışıb.
- Müşfiq bəy, ilk olaraq özünüz haqda məlumat verərdiz...
- Artıq 3 ildir ki, "Hell" enerji içkilərinin uğur hekayəsində payı olan ordudan biri. Marketinq camiasının dili ilə desək markasına dəli kimi bağlı HELL Müşviq (gülür)

- Son illər müxtəlif adda enerji içkiləri bazarda görünür. Azərbaycan bazarında enerji içkilərinə təlabat bu qədər çoxdur?
-Azərbaycan istehlakçısı həmişə yüksək keyfiyyətli məhsul seçimi edir. Enerji içkiləri bazarındakı aktivliyi görən iş adamları bazara yeni məhsulların gətirilməsini təşkil edir. Nəticədə isə böyük rəqiblər qarşısında tab gətirə bilmirlər. 66.5% enerji içkisi alıcısı seçimini artıq 4 ildir ki, yüksək keyfiyyətli və qiyməti münasib Avropa məhsulu olan "Hell" enerji içkiləri üzərindən edib.

- Enerji içkiləri haqqında cəmiyyətdə müxtəlif fikirlər var. Bu içkilərin insan sağlamlığı üçün zərərli olduğuna aid iddialar səslənir. Siz birbaşa istehsal prosesinin şahidi olmusunuz. Bu iddialar nə dərəcədə doğrudur?
-Məhsulumuzun tərkibi tam olaraq təbii inqridentlərdən ibarətdir. Tərkibi 88.2% su, 10.4% təbii çuğundur şəkəri, ana südü və uşaq yeməklərində olan taurin, 5000 min il tarixi olan və gündəlik istifadəmizdə olan çay və kofenin terkibində olan kofein və 5 növ B vitaminindən ibarətdir. Bu isə məhsulumuzun çox yüksək keyfiyyətli olduğuna sübutdur. Bu içkilərdə gün ərzində doğru istifadə edildiyi halda heç bir zərər müşahidə olunmur.

- "Hell"in qısa zamanda bazarda lider olmasında peşəkar marketinq planlamasının əsas rol oynadığını görmək mümkündür. Bunun üçün nə etdiniz?
-Yenə də qeyd edim ki, liderliyimizin əsas səbəblərindən biri yüksək keyfiyyətli məhsul və qiymət amilidir. Doğru yerdə və doğru reklam addımları atılmasıdır. Həmçinin böyük miqyaslı tədbirlərdə markamız layiqincə təmsil olunur. Yeri gəlmişkən, 23 sentyabr Azərbaycanın ən böyük arenalarından birində yerli və dünya ulduzlarının iştirakı ilə möhtəşəm parti hazılıqlarımız davam edir.

- İddialara görə Azərbaycan şou-biznes nümayəndələrinin sosial media hesablarında paylaşımlar siz tərəfdən marketinq manevri kimi istifadə edilir. Bu belədirmi?
-"Hell" enerji içkilərinin marketing komandası olaraq bildirmək istəyirəm ki, markamız ölkəmizdə şou camiasında yalnız "İlk media" ilə əməkdaşlıq edir və bu şirkətin rəhbəri İlkin Həsəni markanın rəsmi simasıdır. Sosial şəbəkələrində yerli şou nömayəndələrinin "Hell" ilə etdiyi paylaşımlar isə onların markamıza olan sevgisinin ifadəsidir. Bu bizim tərəfdən atılmış bir addım deyildir.

- Siz özünüz də aktiv sosial media adamısınız. Paylaşdığınız postlar insanlar tərəfindən bəyənilir və gündəmə təsir edir. Bəs siz özünüz "Hell" ilə sosial mediada şəkil paylaşan yerli ulduzları heçmi görməmisiniz?
-Doğrudur sosial media həyatımın demək olar ki, yarıdan çoxunu əhatə edir. Daimi marka izləmələrim var. Gün ərzində onlarla insanın "Hell" ilə şəkillərini paylaşdığını müşahidə edirəm, amma qeyd etdiyiniz kimi markamıza özəl və sima kimi təqdim edilən yalnız bir şou nümayəndəmiz var o da İlkin Həsənidir. Digər şou biznesə can atan, ulduz olmayan ifaçılar tərəfindən bu tip paylaşımların şahidi olmamışam.

-Reklam xərclərinin yönəlməsi hansı istiqamətdədir?
- "Hell" enerji içkilərinin reklam xərcləri markanın Azərbaycana təyin etdiyi nümayəndə tərəfindən təmin olunur. Növbəti efir sezonunda "Bozbash pictures"dən əlavə ekstrim şouya sponsurluq etməyi düşünürük. Həmçinin reklam büdcəmizdə satış və dağıtımının yüksək keyfiyyətini artırmaq üçün müxtəlif addımların atılması nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti