Bakıda təhlükəsizlik tədbirləri gücləndirilir - (VİDEO)

Bakıda təhlükəsizlik tədbirləri gücləndirilir - (VİDEO)
  15 Avqust 2017    Oxunub:3794
Bu gün Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyunu ilə əlaqədar paytaxt polisi tərəfindən lazımi təhlükəsizlik tədbirləri görüləcək.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev bildirib.

Onun sözlərinə görə, oyun zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq.

“Bütün kütləvi yarışlar və mərasimlər zamanı ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri təşkil olunur. Bu gün də təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunacaq. İnsanlar rahat şəkildə yarışı izləyə biləcəklər” , - deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” oyunu Bakı vaxtilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.



Hafiz Əhmədov
AzVision.az


Teqlər: DİN   Polis   Qarabağ  





Xəbər lenti