Zaqatalada üçotaqlı ev yanıb

Zaqatalada üçotaqlı ev yanıb
  14 Avqust 2017    Oxunub:1472
Zaqatala rayonunda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, hadisə rayonun Aşağı Tala kəndində ümumi sahəsi 200 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Zaqatala   yanğın  





Xəbər lenti