Dənizdə batan şəxsin axtarışı aparılır

22:08   12 Avqust 2017    Oxunub: 291

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 1 nəfərin dənizdə batması baradə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az

Teqlər: FHN   Xəzər   Dəniz    




Rubrikanın digər yazıları