12 yaşlı qızı maşın vurub

14:01   12 Avqust 2017    Oxunub: 258

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub.

Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Xaçmaz   Piyada    




Rubrikanın digər yazıları