Arzu kirayədə, Vahab yataqxanada qalacaq - 700 bal toplayanların ev problemi

12:53   11 Avqust 2017    Oxunub: 60086

Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentdən 2-si rayon məktəblərinin məzunlarıdır. Onların Bakıda evləri olmadığından harada qalacaqları maraq doğurur.

Qəbul imtahanında 700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə AzVision.az-a bildirib ki, o, bacısı və anası ilə birlikdə Bakıda kirayədə qalacaq.



“Bacım keçən il universitetə qəbul olmuşdu. Anam onunla birlikdə Bakıda kirayədə yaşayır. Bu il mən də onlarla birlikdə qalacağam. Kirayə tutduğumuz mənzil Azadlıq prospektindədir. İqtisad Universitetinə oxumaq qərar vermişəm”.

İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Vahab Cəbrayılov isə oxuyacağı Bakı Ali Neft Məktəbinin yataqxanasında qalacaq.

“Kirayədə qalmaq istəmirəm. Bakı Ali Neft Məktəbinin yataqxanasında qalacağam. Yataqxana mənim üçün daha rahatdır”.



Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında 15 abituriyent 700 bal toplayıb. Artıq ali təhsil müəssisələrinə də ixtisas seçimi artıq başa çatıb. Nəticələr yaxın günlərdə açıqlanacaq.

Aytən Zəhra
AzVision.az

Teqlər: 700-bal   Tələbə    




Rubrikanın digər yazıları