Masallıda ikimərtəbəli ev yanıb

Masallıda ikimərtəbəli ev yanıb
  10 Avqust 2017    Oxunub:1409
Masallıda ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Köhnə Alvadı kəndində ümumi sahəsi 286 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 28 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Masallı  





Xəbər lenti