Ordudan qayıdan erməni əsgərlər öldü

Ordudan qayıdan erməni əsgərlər öldü
  09 Avqust 2017    Oxunub:1661
Avqustun 6-da Ermənistanın Ararat vilayətində yol qəzası baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 23:30 radələrində Nor Xarberd kəndinin sakini 32 yaşlı Mher Pandunts idarə etdiyi "Toyota Vitz" markalı 34 OV 524 nömrəli avtomobillə qəza törədib.
Qəza nəticəsində 20 yaşlı Mkrtıç Nacaryan və onun həmyaşıdı Mesrop Sayadyan ölüb. Məlum olub ki, qəzada ölən gənclər bu yaxınlarda Ermənistan ordusundaN hərbi xidmətdən qayıdıblar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti