Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda avtomobil təmiri sexi yanıb
  08 Avqust 2017    Oxunub:1150
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 653 kv.m olan avtomobil təmiri sexi 189 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, təmirə dayanmış “Nissan” markalı minik avtomobilin qabaq hissəsi əriyib, “Mercedes” markalı minik avtomobilin üzlük hissəsi qismən qarsalanıb.

Avtomobil təmiri sexinin qalan hissəsi, ərazidə təmirə dayanmış avtomobillər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti