Hirkandakı yanğınla bağlı yeni məlumat

Hirkandakı yanğınla bağlı yeni məlumat
  08 Avqust 2017    Oxunub:1234
Xəbər verildiyi kimi, avqustun 7-də Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.
Yanğın baş verən ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, xüsusən əl əməyindən istifadə edilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Qeyd edək ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkının rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.

AzVision.az


Teqlər: Hirkan   Milli-Park   Yanğın  





Xəbər lenti