Arda Turan milliyə geri dönür

12:54   08 Avqust 2017    Oxunub: 618

İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan yenidən Türkiyə millisinin şərəfini qoruyacaq.

AzVision.az-ın məlumatına görə, bu barədə “Fanatik” xəbər yayıb.

Qeyd olunub ki, Arda Turan yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə İspaniyada keçirdiyi görüşdən sonra bu qərara gəlib.

Rumıniyalı mütəxəssisin 30 yaşlı yarımmüdafiəçini milliyə qayıtmağa razı salması yeni baş məşqçinin müsbət dəyişikliyə səbəb olacağı kimi qiymətləndirilir.

Qeyd edək ki, Arda Turan Makedoniya ilə keçirilən yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Arda-Turan    




Rubrikanın digər yazıları