Ermənilər Tovuzu atəşə tutub - 13 yaşlı uşaq yaralanıb (FOTOLAR)

Ermənilər Tovuzu atəşə tutub - 13 yaşlı uşaq yaralanıb (FOTOLAR)
  08 Avqust 2017    Oxunub:7167
Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.





AzVision.az


Teqlər: Tovuz   Təxribat  





Xəbər lenti