Nazirlə görüşün vaxtı dəyişdi

Nazirlə görüşün vaxtı dəyişdi
  07 Avqust 2017    Oxunub:1253
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 11-də Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
Bu barədə AzVision.az-a nazirlikdən bildirilib.

Məlumatda qeyd olunur ki, avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti