Bir ölkənin faciəsi: 2 dəhşətli bomba və 72 il... (FOTOLAR)

Bir ölkənin faciəsi: 2 dəhşətli bomba və 72 il... (FOTOLAR)
  06 Avqust 2017    Oxunub:3529
Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.
Avqustun 6-da on minlərlə insan Xirosimanın mərkəzində yerləşən Sülh parkında toplaşaraq, 72 il əvvəl ABŞ silahlı qüvvələri tərəfindən bu şəhərə atılan atom bombasının qurbanlarının xatirəsini anıb.

Yerli vaxtla 08:15:01-də, atom bombasının Hiroşimaya atıldığı an faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, Amerikanın B-29 “Superfortress” bombardmançı təyyarəsi düz 72 il əvvəl - 1945-ci il, avqustun 6-da “Balaca” adlandırılan atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb. Üç gündən sonra isə şərti adı “Gonbul” olan ikinci bomba Naqasakini xarabalığa çevirib. Bu iki şəhərdə 250 min adam həlak olub, daha 450 min nəfər isə sonrakı illərdə şüa xəstəliyindən və yanıqdan ölüb.



















































AzVision.az


Teqlər: Xirosima   Faciə  





Xəbər lenti