BMT Şimali Koreyaya qarşı qətnamə qəbul edib
Yeni sanksiyalar BMT-yə daxil olan ölkələrə Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalına qadağa qoyur. Eyni zamanda, bu ölkələr Şimali Koreyadan olan işçilərin sayını artıra və bu ölkə ilə birgə müəssisələr təşkil edə bilməzlər. Bundan əlavə, əvvəllər yaranmış birgə müəssislərə investisiya yönəldilməsi də qadağan edilir. Güman olunur ki, yeni sanksiyalar Şimali Koreyanın ixracdan əldə etdiyi illik gəlirin üçdə birə qədər azalmasına səbəb olacaq. Diplomatların qənaətinə görə, bu rəqəm təqribən 3 milyard dollara bərabərdir.
Qətnamə, həmçinin Şimali Koreyanın doqquz vətəndaşının və dörd şirkətinin BMT-nin qara siyahısına salınmasını da nəzərdə tutur. Onların aktivləri dondurulur. Şimali Koreyanın xaricdə yerləşən böyük valyuta bankı da həmin siyahıya daxildir. (AzərTAc)
AzVision.az
Teqlər: BMT Şimali-Koreya