6 ayda 334 min nəfər təcili yardıma müraciət edib

6 ayda 334 min nəfər təcili yardıma müraciət edib
  05 Avqust 2017    Oxunub:1395
2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334000 artıq müraciət daxil olub.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci ilin ilk 6 ayı ərzində BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 500-dən artıq məktub və zəng daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

L.Bayramova bildirib ki, BŞTTTYS-a daxil olan müraciətlərin əksəriyyəti insult, doğuş, avtoqəza və digər məsələlər ilə bağlı olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti