Rusiya Əsədin düşmənləri ilə razılığa gəlib

Rusiya Əsədin düşmənləri ilə razılığa gəlib
  04 Avqust 2017    Oxunub:1235
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Xüms şəhərində gərginliyin qarşısını almaq üçün müxaliflərlə razılığa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya MN-in sözçüsü İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, Xümsün şimalında baş verə biləcək gərginliyin azaldılması üçün atəşkəs elan ediləcək.

Razılaşmaya görə, Xümsün şimalındakı xəstə və yaralılar ruslara aid hərbi xəstəxanada müalicə alacaq, qarşlığında isə müxalif dəstələr Xüms-Xama magistral yolundan geri çəkiləcək.

Rus əsgərləri bölgəyə 4 avqustdan etibarən göndəriləcək.

AzVision.az


Teqlər: Rusiya   Suriya  





Xəbər lenti