Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı
  03 Avqust 2017    Oxunub:1442
Avropa İttifaqı (Aİ) Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb. Aİ-nin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, yardım proqramı Lənkəran iqtisadi rayonunun inkişafına xərclənəcək.
Məlumatda qeyd olunub ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir.

Proqram çərçivəsində Aİ regional planlaşdırma sisteminin işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Avropaİttifaqı   Lənkəran  





Xəbər lenti