İrəvanda mina partlayıb: Ölən və yaralılar var

İrəvanda mina partlayıb: Ölən və yaralılar var
  03 Avqust 2017    Oxunub:1437
Ötən gün İrəvanda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 32 yaşlı şəxs xəstəxanada ölüb

AzVision.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Ermənistanın Fövqəladə Hallar Xidməti hadisə yerindən iki mina tapıldığını açıqlayıb.
Hadisə paytaxtda, yaşayış evlərindən birində baş verib. Partlayışdan sonra hadisə yerinə baxış zamanı minalardan biri bölünmüş şəkildə aşkar edilib.

Məlumata görə, partlayışdan sonra xəstəxanaya yerləşdirilmiş 20 yaşlı şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Erməni KİV-i yazır ki, partlayış iki gəncin döyüş sursatını iki yerə bölməyə çalışdığı zaman baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti