Azərbaycanda öldürülən qadınların sayı açıqlandı

Azərbaycanda öldürülən qadınların sayı açıqlandı
  02 Avqust 2017    Oxunub:3626
2016-cı ildə Azərbaycanda məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, məişət zorakılığı cinayətləri nəticəsində 51 nəfər ölüb ki, bunun da 29 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.
Qəsdən adam öldürmə nəticəsində 55 nəfər zərər çəkib ki, bunun 33 nəfəri qadın olub. Ölən 46 nəfərdən isə 26-ı qadın olub.

Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub. Ölən 3 nəfərdən isə 1-I qadın olub.
Qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti nəticəsində zərərçəkən 77 nəfərin 57-si, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətindən zərərçəkən 812 nəfərin 660-ı (onların 1 nəfəri yaşı 18-dək olan qız olub) qadın olub.

Ötən il qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü də qadın olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti