Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
  02 Avqust 2017    Oxunub:1489
Yaponiyada güclü zəlzələ baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. Ölkənin meteoroloji idarəsinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss edilib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

AzVision.az


Teqlər: Yaponiya   Zəlzələ  





Xəbər lenti