“Maduro pis oğlan, həm də diktatordur” – Tramp

“Maduro pis oğlan, həm də diktatordur” – Tramp
  01 Avqust 2017    Oxunub:2546
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu mütləq hakimiyyəti ələ keçirmiş diktator hesab edir. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Trampın mili təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.
“Maduro rejiminin Konstitusiya Assambleyasına saxta seçkilər yolu ilə hakimiyyəti ələ keçirməsi bizim yarımkürədə demokratiyaya çox ciddi zərbədir. Maduro indi nəinki pis oğlan, həm də diktatordur”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda, həmçinin Venesuela hakimiyyəti Konstitusiyaya hörmət etməyə, azad seçkilər keçirməyə, siyasi məhbusları azadlığa buraxmağa, repressiyalara son qoymağa və xalqın humanitar problemlərini həll etməyə çağırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Maduro   Tramp  





Xəbər lenti