İsrailin Bakıdakı səfiri təkzib etdi: "Bu məqalə saxtadır"

İsrailin Bakıdakı səfiri təkzib etdi: "Bu məqalə saxtadır"
  01 Avqust 2017    Oxunub:3381
İsrailin ölkəmizdəki səfiri Dan Stav “Haaretz” qəzetində Azərbaycanla bağlı qərəzli məqalənin dərc olunmasına münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, səfir məsələ ilə bağlı bəyanat yayıb və bildirib ki, “Haaretz” qəzetinin adından yayılan məqalə saxtadır.

“Belə bir məqalə İsrail KİV-lərində yayımlanmayıb. Turizm naziri Yariv Levin heç vaxt bu saxta xəbərdə yer alan fikirləri deməyib” - deyə səfir vurğulayıb.

Qeyd edək ki, iyulun 30-da İsrailin “Haaretz” qəzetinin saytında Azərbaycanla bağlı yalan və böhtandan ibarət yazı dərc edilib. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov İsrail qəzetini sərgilədiyi qərəzli mövqeyə görə tənqid edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Oxşar yazı - "Haaretz”-ın yazısı Azərbaycan-İsrail münasibətlərinin ruhuna ziddir" - Prezidentin köməkçisi



Teqlər: İsrail   Səfir   Azərbaycan  





Xəbər lenti