Şəkidə meşədə baş vermiş yanğın söndürülüb - Yenilənib

Şəkidə meşədə baş vermiş yanğın söndürülüb - Yenilənib
  01 Avqust 2017    Oxunub:1974
Şəki rayonu, Birinci Biləcik kəndi ərazisində Meşə Təsərrüfatı fonduna məxsus meşəətrafı ərazidə 18 ha kol-kos və quru ot yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bu gün 14 radələrində Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğın baş vermiş əraziyə dərhal Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hava şəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzVision.az


Teqlər: Şəki   Meşə   Yanğın  





Xəbər lenti