Hərbçilərimiz Qazaxıstana gedib

Hərbçilərimiz Qazaxıstana gedib
  27 İyul 2017    Oxunub:1086
Azərbaycan hərbçiləri Qazaxıstana gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti