Aİ Şurasının sədri prokurorluğa çağırıldı

Aİ Şurasının sədri prokurorluğa çağırıldı
  27 İyul 2017    Oxunub:1398
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Donald Tusk yenidən Polşada prokurorluğa çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə “TVN24” telekanalı adı çəkilməyən mənbələrə istinadən xəbər verir.
Telekanalın məlumatını Polşa xüsusi xidmət orqanları ilə Rusiya FTB-i arasında əməkdaşlığa dair iş üzrə Tuskun maraqlarını müdafiə edən Roman Hertıx da təsdiqləyib.

Bu arada telekanal bildirir ki, Tuskun prokurorluğa çağırılması onun daha əvvəl şahid kimi ifadə verdiyi işlərlə bağlı deyil.

Mənbə “TVN24” telekanalına bildirib ki, Aİ Şurasının rəhbəri avqustun üçünə qədər prokurorluğa gəlməlidir. Tuskun hansı statusda olduğu açıqlanmır.
Qeyd edək ki, daha əvvəl də Tusk prokurorluğa çağırılmışdı. Aprelin 19-u baş tutan sorğu təxminən 8 saat davam edib. İstintaq işi Polşa hərbi əks-kəşfiyyat idarəsi ilə Rusiya FTB arasında əməkdaşlıqla bağlı olub. Bu ilin iyulun 5-ində prokurorluq Tusku Smolensk faciəsində həlak olanların müəyyənləşdirilməsi zamanı pozuntular işi üzrə şahidi kimi sorğuya çağırıb.

Lakin Tusk məşğul olması ilə bağlı iyulun 5-i tutmalı olan sorğuya gəlməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Donald-Tusk  





Xəbər lenti