Dənizdə batan şəxslər xilas edilib

Dənizdə batan şəxslər xilas edilib
  26 İyul 2017    Oxunub:1178
Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti