Türkiyə təyyarəsi təcili eniş etdi - Bomba həyəcanı

Türkiyə təyyarəsi təcili eniş etdi - Bomba həyəcanı
  26 İyul 2017    Oxunub:1431
İstanbul-Kasablanka marşrutu üzrə uçan “Turkish Airlines” təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən Əlcəzairdə eniş edib.
Bu barədə “Algeria Press Service” aeroportun nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına təcili eniş etmək qərarı verib. Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.

Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb. (APA)

AzVision.az



Teqlər: Türkiyə   Təyyarə   Bomba  





Xəbər lenti