Nazirlik şikayəti araşdırıb
Araşdırma zamanı, həmçinin məlum olub ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 14.07.2017-ci il tarixli 98 saylı sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.
İş icraçısı Əli Mehdizadəyə ərazidəki ağac və kolların qeydiyyata alınaraq qorunub mühafizə edilməsi tapşırılıb. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.
AzVision.az