Türmədəki oğluna narkotik gətirən valideynlər tutuldu

Türmədəki oğluna narkotik gətirən valideynlər tutuldu
  25 İyul 2017    Oxunub:1817
Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 332.2.1; 332.2.2; 332.2.3; və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti