Şəkidə yük maşını yanıb

Şəkidə yük maşını yanıb
  25 İyul 2017    Oxunub:2161
Şəki rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus “KamAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti