Sükan arxasında infarkt keçirən sürücü qəza törətdi

Sükan arxasında infarkt keçirən sürücü qəza törətdi
  24 İyul 2017    Oxunub:1257
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti