Zəhərlənən abituriyentlərin imtahan vaxtı açıqlandı - (VİDEO)
24 İyul 2017
Oxunub:3686
Dövlət İmtahan Mərkəzi yanğınla əlaqədar Azərbaycan Kooperasiya Universitetindən təxliyə olan abituriyentlər üçün yenidən imtahan təşkil edəcək. DİM-dən AzVision.az-a verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.
Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.