Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı

Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı
  23 İyul 2017    Oxunub:1246
“PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin ABŞ-ın tövsiyəsi ilə adının dəyişdirilərək Suriya Demokratik Gücləri qoymasının bizim üçün heç bir mənası yoxdur”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, dost və NATO-da müttəfiq olan dövlətlər bir-birilərini aldatmamalıdır: “Türkiyə bir qəbilə dövləti deyil, bölgədə baş verənlərdən kifayət qədər məlumatlıyıq. Terror təşkilatının adını dəyişdirməsi onun mahiyyətini dəyişdirmir”.

AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Türkiyə  





Xəbər lenti