Dənizdə batan şəxslər xilas edilib - Yenilənib

Dənizdə batan şəxslər xilas edilib - Yenilənib
  22 İyul 2017    Oxunub:1591
Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha 2 şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Xaçmaz rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti