Azərbaycanlı Türkiyədə qəzaya düşdü: 4 ölü (Fotolar+Video)

Azərbaycanlı Türkiyədə qəzaya düşdü: 4 ölü (Fotolar+Video)
  22 İyul 2017    Oxunub:8250
Türkiyədə 4 nəfərin ölümü, 2-sinin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 21-də, yerli vaxtla saat 16:00-da Kayseri vilayətində qeydə alınıb.
Belə ki, Kayseri vilayətinin Kocasinan ilçəsi şimal dairəvi yolu Oymaağac qovşağında Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı park edilmiş olan TIR-a Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili arxadan çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər tələbə - Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ağır yaralı digər 2 nəfər Kayseri xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, TIR-ın azərbaycanlı sürücüsü Rahim Bədəlov saxlanılıb.




Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti