Türkiyədəki zəlzələnin Azərbaycana təsiri yoxdur

Türkiyədəki zəlzələnin Azərbaycana təsiri yoxdur
  22 İyul 2017    Oxunub:1321
Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ölkə ərazisində tez-tez yeraltı təkanlar qeydə alınsa da, tektonik proseslərlə bağlı narahatlıq yoxdur. Zəif maqnitudalı zəlzələlərin müşahidə olunması təhlükə törətmir.

Xatırladaq ki, Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib. 6,6 bal gücündə qeydə alınan yeraltı təkanlar iki nəfərin ölümünə, 200 nəfərin isə yaralanmasına səbəb olub.

AzVision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti