Güclü zəlzələdə azərbaycanlılar xəsarət almayıb - XİN

Güclü zəlzələdə azərbaycanlılar xəsarət almayıb - XİN
  21 İyul 2017    Oxunub:1447
Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb. Bunu AzVision.az-a açıqlamasında Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadırlar.

“Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.

AzVision.az



Teqlər: XİN   zəlzələ  





Xəbər lenti