Polis tüfəngdən atəş açan şəxsi tutub

Polis tüfəngdən atəş açan şəxsi tutub
  20 İyul 2017    Oxunub:1480
Bakıda odlu silahdan atəş açan və qəza törədən şəxs tutulub.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki hotellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.

Sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb, odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan "Toyota" markalı avtomobili vurub və oranı tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub.

Ondan "Stoger" markalı ov tüfəngi götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti