Məmmədyarov səfirlə sağollaşdı

Məmmədyarov səfirlə sağollaşdı
  20 İyul 2017    Oxunub:1230
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN  





Xəbər lenti