Ermənistanda hərbçi minaya düşüb

Ermənistanda hərbçi minaya düşüb
  19 İyul 2017    Oxunub:1842
İyulun 19-da Ermənistan silahlı qüvvələrində N saylı hərbi hissədə müqavilə əsasında xidmət edən hərbçilərdən biri minaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Qeyd olunub ki, hərbçi baldırından xəsarət alıb. Xəstəxanaya yerləşdirilən hərbçiyə tibbi yardım göstərilib.

Hazırda hadisə yerində istintaq qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır.

AzVision.az



Teqlər: Ermənistan   hərbçi   mina  





Xəbər lenti